13.01.2021, 18:56

“Kitabi-Dədə Qorqud”dan aldığım ləzzəti heç bir ədəbiyyatdan ala bilməmişəm”

“Kitabi-Dədə Qorqud”dan aldığım ləzzəti heç bir ədəbiyyatdan ala bilməmişəm”

Firudin Cəlilov: “Dilimizin qədimliyinə və zənginliyinə bələd olduqca, qürurlanmaya bilmirsən”


Sabah 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.

Moderator.az-a açıqlama verən görkəmli türkoloq, filologioya elmləri doktoru, professor, sabiq təhsil naziri Firudin Cəlilov bu böyük günlə bağlı bəzi tarixi məqamlara diqqət çəkdi:

“Hər bir millət öz dili ilə tanınır. Soruşanda ki, “sən kimsən”, qarşı tərəf “türkəm”, “özbəyəm”, "rusam” və s. kimi cavablar verir. Bu cavablarda əsasən dil nəzərdə tutulur. Insanın anasından eşitdiyi dil həm də onun millətinin adıdır. Bu mənada dil sosial toplumda böyük siyasi anlam daşıyır. Hər bir xalq öz dili ilə fəxr edir.

Bizim dilimiz özəlliklə fəxr olunması bir dildir. Mən bu dilin qədim dövrlərini araşdırmışam. Dilimizin nə qədər qədim və zəngin dil olduğunu gördükdə, insan ancaq fəxr edir. Bütün dillərdə alınma sözlər var. Bizim Azərbaycan tükcəsində də bu, belədir. Ərəb, fars, rus, ingilis dilindən sözlər almışıq. Lakin bizim başqa dillərə verdiyi sözlər o qədər çoxdur ki, bunlara baxdıqca dilimizin böyüklüyünə, zənginliyinə heyrət etməyə bilmirsən.

Bu dildə ulu babalarımız atalar sözü deyiblər. Hikmətli deyimlər səsləndiriblər. Bu atalar sözünün hər biri bir fəlsəfi konsepsiyadır. Bəzən deyirlər ki, türklərin qədim filosofları azdır. Bizim babalarımzın deyimləri elə fəlsəfədir və dilimizin zənginliyini göstərir. Bu deyimlərdə çox qısa və lakonik şəkildə böyük bir fəlsəfi fikir çatdırılır. Bizim “Kitabi-Dədə Qorqud” kimi zəngin xəzinəmiz var. Dədə Qorqudu oxuduqca adamın ürəyinə yağ kimi yayılır. Mən Dədə Qorquddan aldğım ləzzəti heç bir ədəbiyyatdan ala bilməmişəm. Belə böyük bir dili olan xalqın təbii ki, dil bayramını qəbul etməyə haqqı var.

Əlifba məsələsinə gəlincə, deməliyəm ki, 90-cı illərdə SSRİ çökməyə başlayanda, biz qərara gəldik ki, 1920-ci ildə bizim milli dövlətimizi dəyişdirib sovet Azərbaycanı edənlərin əleyhinə olaraq, biz 1918-1920-ci illərdəki dövlətimizi bərpa edək. Müstəqillik aktını qəbul edən kimi parlamentdə komissiya sədri olaraq 90-cı illərdən başlayaraq latın əlifbasının bərpasına başladım. Bu proses bir müddət uzandı. 1-2 dəfə parlamentdə müzakkrə olundu. Axırda 1991-ci ilin dekabrında qəbul elədik.

Parlament bu əlifbanı qəbul edəndən 1-2 il sonra artıq mən nazir işləyirdim və bu səbəbdən bütün dərslikləri latın əlifbası ilə çap etmək imkanım oldu. 1993-cü ildən üzübəri dərsliklərimiz latın qrafikası ilə çap olunmağa başladı. 3-4 ildən sonra isə qəzetlər də latın əlifbası ilə çap olunmağa başladı. Beləliklə də, əlifba oturuşdu. Bu gün artıq iki nəsil orta məktəbi latın əlifbası ilə oxuyub. Bu baxımdan əlifba bayramını da qutlamaq mühüm önəm daşıyır.

Mən həm Azərbaycan əlifbası, həm də Azərbayvan dili münasibəti ilə bütün xalqımızı təbrik edirəm”.

Seymur ƏLİYEV

Yorumlar (0)
-5°
açık
Puan Durumu
Takımlar O P
1. Beşiktaş 18 38
2. Fenerbahçe 18 38
3. Gaziantep FK 18 34
4. Galatasaray 18 33
5. Hatayspor 18 31
6. Alanyaspor 18 30
7. Karagümrük 18 27
8. Trabzonspor 18 27
9. Antalyaspor 19 25
10. Malatyaspor 18 24
11. Sivasspor 18 23
12. Başakşehir 18 23
13. Konyaspor 18 22
14. Göztepe 18 22
15. Kasımpaşa 18 22
16. Rizespor 18 21
17. Gençlerbirliği 18 19
18. Kayserispor 18 16
19. Erzurumspor 19 16
20. Ankaragücü 18 15
21. Denizlispor 18 14
Takımlar O P
1. Giresunspor 17 35
2. İstanbulspor 17 34
3. Samsunspor 17 33
4. Altay 17 32
5. Adana Demirspor 17 31
6. Tuzlaspor 17 30
7. Ankara Keçiörengücü 17 28
8. Altınordu 17 28
9. Bursaspor 17 27
10. Bandırmaspor 17 24
11. Adanaspor 17 21
12. Ümraniye 17 20
13. Boluspor 17 19
14. Menemen Belediyespor 17 16
15. Balıkesirspor 17 16
16. Akhisar Bld.Spor 17 13
17. Ankaraspor 17 9
18. Eskişehirspor 17 3
Takımlar O P
1. M. United 18 37
2. Man City 17 35
3. Leicester City 18 35
4. Liverpool 18 34
5. Tottenham 18 33
6. Everton 17 32
7. Chelsea 18 29
8. Southampton 18 29
9. West Ham 18 29
10. Arsenal 19 27
11. Aston Villa 15 26
12. Leeds United 18 23
13. Crystal Palace 19 23
14. Wolverhampton 19 22
15. Newcastle 18 19
16. Brighton 19 17
17. Burnley 17 16
18. Fulham 17 12
19. West Bromwich 18 11
20. Sheffield United 19 5
Takımlar O P
1. Atletico Madrid 16 41
2. Real Madrid 18 37
3. Barcelona 18 34
4. Villarreal 18 32
5. Real Sociedad 19 30
6. Sevilla 17 30
7. Granada 18 27
8. Celta de Vigo 18 23
9. Cádiz 18 23
10. Real Betis 18 23
11. Levante 17 21
12. Athletic Bilbao 18 21
13. Getafe 17 20
14. Valencia 18 19
15. Eibar 18 19
16. Deportivo Alaves 18 18
17. Real Valladolid 18 18
18. Elche 16 16
19. Osasuna 18 15
20. Huesca 18 12