15.03.2021, 14:44

Tarixə fəhmin gözü ilə baxsan, Babəklə fəxr edərsən!

Tarixə fəhmin gözü ilə baxsan, Babəklə fəxr edərsən!

Eluca Atalı

Tarixə təkcə fakt kimi baxsan, ondan çox tez iyrənərsən. Çünki bəşər tarixində müharibəsiz bir günə rast gəlmək mümkün deyil. Tarix ən çox siyasətlə bağlıdır, siyasətsə əxlaqsızlıq, ikiüzlülük və bicliklə dolu səhifələrdən ibarətdir.

Tarixdə ideal şəxs yoxdur, çünki hələ də tarixdə insan yoxdur. Adamın isə səhvi çox olur, adam tarixi şəraitdən öz məqsədi üçün istifadə edir. Tarixdə olmuş hakim şəxslər isə tarixi şəraitdən bəhrələnərək öz siyasətlərini yeritmək üçün hər şeyə əl atıblar və həmin üsul bu gün də davam edir. Yoxsa, deməzdilər ki, siyasət ikiüzlülük, biclik tələb edir. Bu yerdə yerinə düşüdüyü üçün Asif Atanın siyasətlə bağlı bir fikrini misal çəkirəm: “Siyasətdə bic olamayan gic olur, ruhaniyyatda bic olan gic olur.” — deyir.

Tarixə fəhmin gözü ilə baxsan, onda haqlı tərəfin haqqını müdafiəsi uğrunda etdiyi mübarizəyə görə onun sırasında durub, qalib əməlinə görə onu alqışlaya bilərsən.

Təəssüflər olsun ki, bəzi üzdəniraq tarixçilərimiz tarixdəki faktları götürüb, onu öz milli təfəkkürlərində analiz etmədən, necə gəldi ictimaiyyətə yedizdirməyə çalışırlar. Bununla da həm ictimaiyyətdə mənfi fikir formalaşdırır, həm də özlərini gülünc vəziyyətə qoyurlar. Elə götürək “Babəkə təmiz türk demək müşkül məsələdir” adlı Elnur Nəsirovun müsahibəsinə. “Azərbaycan tarixinin orta əsrlərə dair mənbələri əsasən ərəb, fars, qismən isə erməni, gürcü, süryani və yunan dillərində qələmə alınmışdır. Bu gün bu kimi mövzularda, o cümlədən Babək mövzusunda elə şəxslər iddialarla çıxış edirlər ki, nəinki ərəbcə və farsçadan heç əski əlifbadan belə xəbərləri yoxdur. Babək əlbəttə ki, Azərbaycan tarixində iz qoymuş bir şəxsdir.” Bu sətirlərin müəllifi Azərbaycan tarixi haqda məlümatların qeyri-türklər tərəfindən yazıldığını deyir. Əlbəttə, bizə məlum olduğu kimi, türk tarix yazmayıb, tarix yaradib. Daha sonrakı sətirlərdə isə Babəkin ünvanına onun milli mənsubiyyətinin qarışıqlığı və bizə heç bir dəxli olmadığını ön plana çəkir. Yerigəlmişkən qeyd edim ki, Babəkin türk olmadığını bizə sübut etmək üçün fars molla rejimi bu gün dəri-qabıqdan çıxır və bu növ məlumatları mətbu orqanlarında yayır. Bu yerdə mən Elnur bəyədn sual edirəm: Babəkin atasının fars, anasının talış, özünün isə bic doğulduğunu, yəni qeyri-rəsmi nigahdan dünyaya gəldiyini siz hansı mənbədən oxumusunuz və bu mənbənin həqiqliyinə nə dərəcədə inanırsınız? Sizki deyirsiniz Babəklə bağlı bütün mənbələri qeyri-türklər yazıb, elə isə açıqlayın görək Babəkin kimliyini yazan hansı millətin nümayəndəsidir. On əsrdən artıqdır ki Babəkdən qorxu Babəkə çeşidli böhtanlar yağdırır! “Babək Azərbaycan xalqına ona görə ağır zərbə vurub ki, müsəlmançılığa qarşı döyüşüb? “Siz bunu müsahibənizdə açıqlayırsınız. Onu da yaddan çıxamayın ki, din adı altında bizə ərəbçilik təqdim olunub, indi də olunmaqdadır. Baxın, farsların bu gün bizə gətirdiyi islam dininə. Farsçılqdan başqa bu nədir ki? İslam dini bu gün farsın xidmətindədir.

Sizin məntiqinizə əsaslanıb yola çıxmaq istəyirəm. Siz yazırsınız ki, Babəkdən iki əsr əvvəl Azərbaycanda islam dini yayılmışdır. Elə isə diqqət etməlisiniz ki, islam dinin yaradıcıları dördarvadlılığı qanunu şəkildə rəsmiləşdirib, hərəmxanada siğə vasitəsi ilə qırx arvada sahib idilər. Əgər siz deyən kimi, Babəkin atası müsəlman aləmində yaşayırdısa və islam dini talış ərazilərinə qədər gəlib çıxmışdırsa, demək, Babəkin valideyinləri də siğə evlənmə üsulunudan bəhrələnə bilərdilər. Bu yerdə qeyd etməliyəm ki, islam türk aləminə gələnə qədər bir kişinin bir qadını vardı. Qadın kişinin baxtı idi, taxtı idi. Qadın-kişi münasibətlərində hədsiz dərəcədə bir-birinə inam vardı, qadın çadraya bürünmürdü, üzünü kişidən gizlətmirdi. Türk qadını at belində gəzirdi. Qədim Şumerlərdə ilahilərdən birinin adı “anu” olub. Güman edilir ki, bu gün dilimzidə olan “ana” sözü həmin “anu” sözündən gəlmədir. Yəni, islama qədər türkdə qadın ilahiləşdirilib. Bədəvi ərəblər Azərbaycana öz dinləri ilə birgə qadına ikrah doğurucu baxışı da onunla birgə gətirdilər.

Mən sizdən soruşuram, ərəbin Azərbaycanda nə işi vardı ki, Babək ona qarşı döyüşürdü? Ərəb niyə türkü qılınc gücünə müsəlman edirdi ki? İndi də biri əyilməyib, sözünün üstündə duranda deyirlər: “Qılınc gücünə müsəlman olmusan, səni yolundan döndərmək çətindir!” Elə burdan da mətləb üstünə gələrək, Babəklik və Xürrəmdinlik məsələsinə toxunacam. “Babəkin öz inamı vardı, fərəhçilik inamı! İnsan dünyaya Fərəh üçün gəlib. Ən böyük Fərəh isə — Azadlıqdır. Azadlıq insanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır!” ( Asif Ata) Ərəbin gətirdiyi inamsa əsarət dini idi, insanı əsarətə salırdı, o dünya cəfəngiyyatı, cənnət xülyası ilə şirnikləndirir, cəhənnəmlə qorxudurdu. Xürrəmdinçilik isə bunun tam əksi idi. Əyilməzlik, vüqar, xeyirxahlığın mükafatı etdiyin əməlin daxilindədir. Bunu görməyənlər, duymayanlar Babəkə böhtan atırlar. Çoxu da bilərəkdən qəsdən onu balacalaşdırırlar ki, tarixdəki kiçikləri qabardıb üzə çıxartsınlar. Babəki vurmasalar, ərəb bazarına Azərbaycanda yer olmaz. Necə olur, həm Babəkin dahi qəhrəman olduğun deyirsən, həm də ərəbin gətirdiyi əsarət dininə sitayiş edirsən? Bir millətin qarşısında iki yol olmaz axı. Elə bilirsiniz, bunlar düşünülməyib?

Ərəblər Azərbaycana hücüm edəndə qız-gəlinlərə təcavüz edir, uşaqları öldürür və ya onları qul edib ərəb bazarlarında satırdılar. Güman edirəm ki, məqalənin sahibi olan tarixçi bunu tarixdən yaxşı bilir. Babək yadellinin onun doğma torpaqlarında törətdiyi bu növ qansız vəhşiliyə dözmürdü. Bunu heç cürə dana bilməzsiniz. İran hizbullahçı yazıçısı Qədir Abdullah “Elçi” əsərində təsvir etdiyi qul alveri ilə bağlı hadisənin qısa məğzini yazıram: ( Kadir Abdolah, Sändebudet: En berättelse) “Məhəmmədin arvadı Xədicə çox varlı idi, amma onun oğlu yox idi. Xədicənin xalası oğlu Hakim bin Haram qul alverçisi idi. Zayden beş yaşı olanda anası onun əlindən tutub bazara aparmışdı. Bazarda birdən-birə fırtına qopduğunu təsvir edir. Zayden anası gözünü açanda görür ki, oğlu yoxdur. Ətrafına baxır, uşaqları, gəncləri və cavan qadınları oğurlayıb dəmir qəfəsə salan qul tacirinin əmri ilə onları aparıb qaranlıq bir dama atdırlar. Və sonda məlum olur ki, Xədicə Zayde pulla Məhəmməd peyğəmbərə hədiyyə alıb”. Bu ərəb mənəviyyatıdır, ərəb bunu Azərbaycana gətirirdi. Özünüz də yaxşı bilirsiniz ki, türkdə quldarlıq quruluşu, insanın qul şəklində əşya kimi alınıb-satılması olmayıb. İnsana əşya baxışı türkdə olmayıb. Bu bizim mənəviyyatımıza yaddır. Elə yad olduğu üçün də Fərəh İnamını daşıyan Babək bizimkidir. Bunu xarici göz görə bilməz, çünki xarici göz ərəbin, farsın, ermənin, yunanın, suriyanın yazdığı mənbəni oxuya bilər. Bunu daxili göz duya bilər, idrakın gözü. Buna xalq içində bəsirət gözü də deyirlər.

“Bir gün azad yaşamaq qırx il qul kimi yaşamaqdan üstündür!” –kəlamını itaətkarlığa çağıran ərəb deyə bilməzdi. Bunu 23 il azadlıq mübarizəsi aparmış bir şəxs deyə bilərdi və dedi də. Bəlkə deyəcəksiniz, bu kəlamı da sovet tarixçiləri uydurub? Görəsən, dünyada elə bir millət varmıdır ki, bizi qədər öz tarixinə şübhəylə yanaşa?

“Babək və tərəfdarları silahlanaraq Azərbaycanın şəhər, qəsəbə və kəndlərindəki dinc əhaliyə hücum edib kütləvi qətllər törədərkən ərəbləri deyil, müsəlman azərbaycanlıları öldürürdülər. Bu çox mühümdür. Çünki Babəki bir xalq qəhrəmanı olaraq görənlər onu ərəblərə qarşı mübarizə aparan və bütün Azərbaycan əhalisinin ətrafında sıx birləşdiyi bir lider kimi təqdim edirlər. Xeyr, belə deyildi.” ( Bu sətirlərin müəllifi Elnur Nəsirovdur) Babəkin silahlanıb türkləri qırdığını hansı mənbədən oxuduğunuzu niyə açıq demirsiniz? Sizin bu məqaləniz başdan-başa məntiqsizlik üzərində qurulub, sonrakı sərtiriniz əvvəlkini inkar etdiyini görməmək naşılıq olardı. Egər siz doğurdan da tarixi ideallaşdırmanın əleyhinəsinizsə, bəs onda niyə demirsiniz ki, bizə qılınc gücünə sırınmış, kimliyimizə və mənəviyyatımıza zorla yapışdırılmış yad mentalitetindən gələn inama və bu inam altında yeridilən işğalçılıq siyasətinə qarşı döyüşürdü Babək?

Siz Babəkin kimliyini araşdırmağa xüsusi önəm verdiyiniz halda, niyə onun yaşatdığı Azadlıq eşqini görə bilmirsiniz? “Babək yurdunu xilafət cəhalətindən xilas edirdi, İnsanları İtaət fəlakətindən qurtarırdı: Azad Ağıl, Azad Ürək, Azad İradə uğrunda döyüşürdü.” (Verilən nümunə Asif Atanın “Uluyurd Aqibəti–Bütüv Azərbaycan” kitabındandır) Hardaydı ərəbin gətirdiyi inamda iradə azadlığı? İynənin ucuboyda belə orda bunu tapa bilməzsən.

“Səfəvilər dövründə şiəlik qılınc zoru ilə İran və Azərbaycan əhalisi arasında yayılmışdır.”

“Bu gün Azərbaycan əhalisi məzhəb baxımından vahid deyil, bu gün Türk və İslam dünyasının 92%-i ilə aramızdakı mənəvi bağlar zəifdir. Bütün bunlar şah İsmayılın və Səfəvilərin sayəsindədir. Bu gün Azərbaycanın İran dövlətinin ərazisində qalan torpaqlarında yaşayan soydaşlarımızı farslarla sadəcə bir bağ birləşdirir: məzhəb. İran dövləti bu faktordan çox məharətlə istifadə edir. Elə isə sual olunur, belə olan halda şah İsmayıl Azərbaycanınmı, İranınmı milli dövlətçiliyinin banisidir? Əlbəttə ki, ikincisinin.”Elnur Nəsirov)

Siyasətin ikiüzlülük olduğunu yuxarıda dedim və onu da vurğuladım ki, tarixdə səhvi olmayan ideal axtarmaq sadəlövhlərin işidir. Dinin siyasətə xidmət etməsi isə dindəki mütləqilik və müqəddəslik kimi gözəl atributu öldürür. Amma təəssüf ki, din yarandığından siyasətə xidmət edib və hələ də etməkdədir. Nə qədər ki, tarixin baş qəhrəmanı insan yox, adamdır, onda siyasət öz məqsədinə çatmaqdan ötəri hər cür vasitəyə əl atacaq. Şah İsmayılın İran dövlətçiliyinə xidmət etdiyini sizə fars mənbələri diktə etdiyini dana bilməzsiniz. Ona görə də bu məsələnin üstündə dayanmıram, çünki hamıya bələddir ki, İran molla rejiminin işi-gücü öz nökərlərinə bu növ məqalələr yazdırıb, bununla da indiki İran ərazisində Azərbaycan dövlətinin olmadığını sübut etmək və digər tərəfdən də Azərbaycan — Türkiyə münasibətlərinə sərinlik gətirmək, tarixdə olmuş türkə üzqaralığı gətirən Çaldıran fəlakətini gözümüzə soxmaqdır. Qaldı sizin “Bu gün Azərbaycanın İran dövlətinin ərazisində qalan torpaqlarında yaşayan soydaşlarımızı farslarla sadəcə bir bağ birləşdirir: məzhəb.”– fikrinizə. Bu məntiqi baxımdan kökündən səhv fikirdir və hətta cəfəngiyyat olduğunu deməyə bilmərəm. Əgər biz türkləri farslarla siz düşündüyünüz kimi məzhəb birləşdirsəydi, onda fars “islam qardaşlığı” faktoruna əsaslanıb 40 milyonluq soydaşımıza bir dənə ana dili məktəbi açar, ana dilində təqvim çap edəni zindana salıb kürəyinə Quran ayəsini biçaqla cızıb yazmazdı.

Son söz: Azərbaycan tarixində ən şərəfli səhifə Babək və onun Azadlıq uğrunda döyüşüdür. Bunu dərk etmək üçün gərək ilk növbədə türkçülüyü dərk edəsən. Onda bilərsən ki, Babəkdəki əyilməzlik, dözüm, birsifətlik türkün mahiyyətindən doğurdu.

Yorumlar (0)
10°
hafif yağmur
Puan Durumu
Takımlar O P
1. Beşiktaş 33 71
2. Fenerbahçe 34 69
3. Galatasaray 33 65
4. Trabzonspor 34 59
5. Alanyaspor 34 52
6. Gaziantep FK 33 51
7. Hatayspor 33 50
8. Sivasspor 33 50
9. Karagümrük 33 49
10. Göztepe 34 46
11. Antalyaspor 34 42
12. Konyaspor 33 41
13. Rizespor 33 39
14. Malatyaspor 33 37
15. Ankaragücü 33 37
16. Kasımpaşa 34 37
17. Kayserispor 33 34
18. Başakşehir 33 33
19. Erzurumspor 34 31
20. Gençlerbirliği 33 31
21. Denizlispor 33 26
Takımlar O P
1. Giresunspor 31 63
2. Adana Demirspor 31 61
3. Samsunspor 30 58
4. İstanbulspor 31 57
5. Altay 30 54
6. Altınordu 31 53
7. Ankara Keçiörengücü 31 49
8. Tuzlaspor 31 47
9. Ümraniye 30 44
10. Bursaspor 30 43
11. Bandırmaspor 30 39
12. Boluspor 30 35
13. Balıkesirspor 31 35
14. Adanaspor 30 34
15. Menemenspor 31 31
16. Akhisar Bld.Spor 31 26
17. Ankaraspor 30 23
18. Eskişehirspor 31 8
Takımlar O P
1. Man City 32 74
2. M. United 32 66
3. Leicester City 31 56
4. West Ham 32 55
5. Chelsea 31 54
6. Liverpool 31 52
7. Tottenham 32 50
8. Everton 31 49
9. Arsenal 32 46
10. Leeds United 31 45
11. Aston Villa 30 44
12. Wolverhampton 32 41
13. Crystal Palace 31 38
14. Southampton 31 36
15. Newcastle 32 35
16. Brighton 31 33
17. Burnley 32 33
18. Fulham 33 27
19. West Bromwich 31 24
20. Sheffield United 32 14
Takımlar O P
1. Atletico Madrid 31 70
2. Real Madrid 31 67
3. Barcelona 30 65
4. Sevilla 31 64
5. Villarreal 31 49
6. Real Betis 31 48
7. Real Sociedad 31 47
8. Granada 30 39
9. Levante 31 38
10. Celta de Vigo 31 38
11. Athletic Bilbao 30 37
12. Osasuna 31 37
13. Cádiz 31 36
14. Valencia 31 35
15. Getafe 31 31
16. Deportivo Alaves 31 27
17. Huesca 31 27
18. Real Valladolid 30 27
19. Elche 31 26
20. Eibar 31 23